2023-cü ilin yanvar ayında Rusiyanın neft-qaz gəlirləri 40 % azalıbbackend

2023-cü ilin yanvar ayında Rusiyanın neft-qaz gəlirləri 40 % azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kütləvi anti-Rusiya sanksiyaları fonunda dövlət 2023-cü ilin yanvarında neft və qaz ixracından əldə etdiyi gəlirin demək olar ki, 40%-ni itirib.
“Reuters”ə istinadən Editor.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin bəyanatına əsasən, işğalçı dövlətin yanvarda neft və qaz ixracından əldə etdiyi gəlir 18,5 milyard dollar təşkil edib ki, bu da Moskvanın 2022-ci ilin yanvarında aldığı 30 milyard dollardan 38% az olub.
BEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, Qərbin Rusiyanın enerji ixracına qarşı tədbirləri neft bazarlarını sabitləşdirmək və Rusiyanın neft və qaz gəlirlərini azaltmaq istəyi baş tutub. Onun sözlərinə görə, neft və qaz gəlirlərindəki bu azalmanın qarşıdakı aylarda daha kəskin olacağı gözlənilir. Hətta texnologiyaya və investisiyaya çıxışın olmaması səbəbindən ortamüddətli perspektivdə daha da kəskinləşəcək”, – Birol bildirib. Qeyd edək ki, 2022-ci ildə Rusiya neft və qaz ixracından 11,6 trilyon rubla (154,68 milyard dollar) yaxın gəlir əldə edib.
  //Samir Qurbanov, Editor.az