2023-də Amerikanın Ukrayanaya qarşı mövqeyi kəskin dəyşəcək?backend

2023-də Amerikanın Ukrayanaya qarşı mövqeyi kəskin dəyşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ABŞ-ın mövqeyi 2023-cü ildə kəskin şəkildə dəyişəcək. Ukrayna hətta təcavüzkarla danışıqlara sövq edilə bilər və bu, noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra baş verəcək.

Editor.az xəbər verir ki, bu fikri “Cəmiyyətin Transformasiyası İnstitutu”nun direktoru, politoloq Oleq Soskin bölüşüb. O, 2023-cü ildə Avropa üçün dünyanın mənzərəsinin necə olacağını proqnozlaşdırıb. Soskinin sözlərinə görə, Qərb liderləri yaxşı bilirlər ki, hər şey Ukraynanın sağ qalıb-qalmamasından asılıdır.

“ABŞ-da Bayden administrasiyasındakı bir qrup bunu xüsusilə dərk edir. Və onların sayəsində Ukrayna bu dəhşətli soyqırım-terror müharibəsini davam etdirir. Böyük Britaniyada da bunu başa düşürlər. Ona görə də Ukraynaya istənilən silahı verəcəklər ki, o, Putinin qoşunlarını məğlub edin. Amma bir böyük “amma ” var. İndi noyabrdır və bütün proqnozlar onu göstərir ki, “Trampçılar” Konqresdə qalib gəlməlidirlər.

Çox güman ki, onlar aşağı palatada, ola bilsin ki, yuxarı palatada da olacaqlar” – ekspert qeyd edib. Sosioloqun fikrincə, Ukrayna tələsməlidir, çünki noyabrın sonu və dekabrın əvvəllərində Nümayəndələr Palatasına aralıq seçkilərdən sonra ABŞ-ın mövqeyinin necə olacağını proqnozlaşdırmaq çətindir. “Ancaq bizim əziz İlon Maskın hərəkətlərinə, onun Krımdan imtina etməsi ilə bağlı məktublarına, “Starlink-i saxlamağa pul yoxdur” və sair kimi bəyanatlarına əsasən demək olar ki, Mask Trampçıdır.

O, pulu dəqiq hesablayır və bəlkə də artıq hesablayıb. Buna görə də noyabrda qalib gələnlərə sadiq olmaq istəyir, çünki problemlərini həll etmək üçün ona çoxlu pul lazımdır, Tesla-da, Twitter-də və bir çox başqa layihələrdə o, açıq şəkildə oynayacağına artıq qərar verib. Həmin qrupla və deməli, Trampla danışıb, Putinlə, yaxud da onun dublyoru, və ya başqa bir etibarlı əlaqə saxlayıb. Amma belə danışıqların olması faktı o deməkdir ki, indi ona külli miqdard pul, hardasa üç milyarda yaxın “haqq” gəlib… Və onun ətrafında Putinin bir neçə “qırmızı sərçəsi”nin, belə deyək, yaraşıqlı qadınlarının olması 100% “-dir, – Soskin bildirib.

//Samir,Editor.az