2024-cü il beynəlxal humanitar təşkilatları üçün “fəlakət ili” olub – BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisibackend

2024-cü il beynəlxal humanitar təşkilatları üçün “fəlakət ili” olub – BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə dünyada müxtəlif humanitar təşkilatların üzvü olan ən azı 377 nəfər dünyasını dəyişib.

Editor.az xəbər verir ki, bunu aprelin 2-də BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya bildirib. Bəyanatda deyilir: “Ötən il həlak olan humanitar işçilərin sayına görə müasir tarixdə ən pis il olub. 20 ölkədə 377 nəfər öz vəzifə borcunu yerinə yetirərkən həlak olub. Bu, əvvəlki illə müqayisədə təxminən 100 nəfər çoxdur”.

Msuya xüsusilə Sudanı xatırladıb. İki il ərzində orada 84 humanitar işçinin öldürülüb. O, siyahıda Haiti və Konqo Demokratik Respublikası da daxil olmaqla bir sıra digər ölkələrin olduğunu qeyd edib. Bundan başqa, İsrailin Fələstinin HƏMAS terror təşkilatına qarşı müharibə apardığı Qəzza zolağında da yardım işçiləri həlak olub. “Bu ölümlər 7 oktyabr 2023-cü ildən Qəzzada həlak olan humanitar işçilərin sayını 408-ə çatdırır.

Qəzza BMT tarixində humanitar təşkilatlar üçün ən təhlükəli yer olaraq qalır”, – BMT baş katibinin köməkçisi vurğulayıb. Bu zaman o, Beynəlxalq Qızıl Xaç Federasiyasının yerli yardım işçisinin öldürülməsinin bir beynəlxalq işçinin ölümündən 500 dəfə az mediada işıqlandırıldığını aşkar edən təhlillərə də istinad edib.

//Samir Qurbanov, Editor.az