2024-cü il Paris Olimpiya oyunları Rusiyasız keçəcəkbackend

2024-cü il Paris Olimpiya oyunları Rusiyasız keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiya da daxil olmaqla 35 ölkədən ibarət qrup Rusiya və Belarus idmançılarının 2024-cü ildə Fransanın paytaxtında keçiriləcək Olimpiadasında iştirakına qadağa qoyulmasını tələb edib.

Editor.az bildirir ki, bunu Litvanın idman naziri Yurqita Şyuqdjinene bildirib. Üstəlik, bu qərarı təşviq etmək üçün bu ölkələrin idman komitələrinə yarışı boykot etməyə belə ehtiyac qalmayacaq, çünki onlar arasında artıq konsensus əldə olunub: bütün ölkələr belə bir qərarı yekdilliklə dəstəkləyiblər.

Xatırladaq ki, rusiyalı idmançıların beynəlxalq yarışlarda, o cümlədən 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hekayəsi son vaxtlar geniş müzakirə olunur.

Beynəlxalq Olimpiya Komitəsi yanvarın 25-də Rusiya və Belarusa beynəlxalq yarışlara qayıtmağa icazə verib. Bu qərar BMT-də və idmançılar arasında dəstək qazansa da, əksər ölkələr bununla razılaşmayıb.

//Samir Qurbanov,Editor.az