2024-cü ildə ABŞ-da kapitalizm başa çatacaq, Robert Kennedi hakimiyyətə gələcək…backend

2024-cü ildə ABŞ-da kapitalizm başa çatacaq, Robert Kennedi hakimiyyətə gələcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı iş adamı İlon Mask 2024-cü ilin əvvəlkilərdən daha “çılğın” il olacağını söyləyib. Niyə məhz belə, o, dəqiqləşdirməyib.

Editor.az bildirir ki, Mask istifadəçilərdən birinin “dörd illik “dəlilik”dən sonra normal bir ilin gələcəyinin mümkün olub-olmadığını” soruşan mesajını belə şərh edib. “2024-cü il daha çılğın olacaq, bu mənim proqnozumdur” deyə sahibkar X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Danimarkanın “Saxo” Bankı hər il gələn il üçün “şok edici proqnozlar” açıqlayır.

Onlar bir sıra gözlənilməz və qiymətləndirilməmiş hadisələr nəticəsində “dünya bazarlarının güclü dalğa ilə əhatə oluna biləcəyi” ilə bağlı proqnozlar veriblər. Bank analitikləri 2024-cü il üçün ABŞ-da “kapitalizmin sonu”nun gələcəyini və Robert Kennedinin prezidentliyə yüksələcəyini proqnozlaşdırıbılar.

//Samir Qurbanov, Editor.az