“2024-cü ildə artıq quru sərhədlərin mərhələli şəkildə açılması gözləniləndir”-Millət vəkilibackend

“2024-cü ildə artıq quru sərhədlərin mərhələli şəkildə açılması gözləniləndir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyadan sonra turizmin nisbətən canlanmasının şahidi oluruq”.

Bu fikri Editor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü ilin yanvar ayına qədər uzadılması və bunun fonunda quru sərhədlərin bağlı qalmasının turizmə necə təsir edəcəyi ilə bağlı şərhində deyib.

Millət vəkili bu ilin son 8 ayında Azərbaycana gələn turistlərin sayı 33.8 faiz artıb və gələnlərin böyük bir qismi də məhz Aİ ölkələrindəndir:

“Quru sərhədlərinin mərhələli şəkildə açılması dəfələrlə təklif olunub. Belə ki, az xərcli və ya aşağı qiymətli bilet, kampaniyalar təklif edən aviaşirkətlərin Azərbaycana uçuşlarının sayı artmalıdır. Bu da çox vacibdir. Çünki nəticə etibarilə bu həm də ölkəyə daha çox turistlərin gəlib getməsinə imkan yarada bilər. Xüsusən də regiondakı yeni və epidemioloji vəziyyəti nəzərə aldıqda 2024-cü ildə artıq quru sərhədlərin mərhələli şəkildə açılması gözləniləndir”.

//Gülnarə Abasova, Editor.az