2024-cü ildə QLOBAL İQTİSADİYYAT: Hansi dəyişikliklər gözlənilir?-İqtisadçı ŞƏRH EDİRbackend

2024-cü ildə QLOBAL İQTİSADİYYAT: Hansi dəyişikliklər gözlənilir?-İqtisadçı ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni ilin qlobal iqtisadiyyat üçün necə keçəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir. Çünki ümumiyyətlə son illər ərzində dünyada baş verən siyasi hadisələr o qədər sürətlə dəyişir ki, bir ay sonra belə nə olacağını, xüsusilə qlobal iqtisadiyyat üçün hansı gözlənilən məsələlərin meydana çıxacağını söyləmək çətin olur. Ona görə də 2024-cü ilin ilk ayının ilk günlərində də bunu yalnız təqribi proqnozlaşdırmaq mümkündür”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçının sözlərinə görə, hələ keçən ilin ikinci yarısından etibarən 2024-cü ildə fors- major halların baş verməyəcəyi, qlobal iqtisadiyyat üçün gözlənilməz hər hansı bir ciddi təsirə malik hadisələrin ortaya çıxmayacağı proqnozlaşdırılıb:

” Bu il istər neftin qiyməti, istər maliyyə bazarları, dünya iqtisadiyyatının aparıcı ölkələrinin iqtisadiyyatlarında müsbət meyllərin olacağı gözlənilirdi. Hətta 2021-ci ildə başlayan və 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə daha da kəskinləşən bahalaşmanın və inflyasiya tempinin də bu il sabit xarakter daşıyacağı və səngiməkdə davam edəcəyi proqnoz edilir. Bütün bunlar 2024-cü ilin daha sabit keçəcəyini deməyə əsas verir”.

P. Heydərov bahalaşma və inflyasiya tempinin bu il ərzində yüksək olmayacağı proqnozları ilə razılaşır. Ancaq o, bu sahədə keçən illə müqayisədə daha çox səngimə tendensiyasının müşahidə olunacağı ilə razılaşmır:

“Ciddi qiymət artımları, bahalaşma olmasa belə cari il ərzində ciddi ucuzlaşma, qiymət enişi də olmayacaq. Nəzərə almaq lazımdır ki, qlobal iqtisadiyyatda hər bir şey dünyanın siyasi arenasında baş verən hadisələr kontekstində cərəyan edən proseslərlə bağlıdır. Məsələn, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin hansı istiqamətdə davam edəcəyi, ABŞ başda olmaqla Qərbin bu hadisələrə reaksiyası, Rusiya-Ukrayna müharibəsinin gedişatı qlobal iqtisadiyyat üçün əsas təsir və təzyiq yaradacaq hadisələrdir ki, bu il ərzində qeyd etdiklərimizlə bağlı ciddi gözlənilməz tendensiya yaranmasa o zaman qlobal iqtisadiyyat üçün heç bir təhlükə gözlənilmir. Avropa iqtisadiyyatı isə ABŞ və Çinlə müqayisədə yaxşı günlərini yaşamır. 2024-cü il də Avropa iqtisadiyyatı üçün müsbət bir şey vəd etmir”.

//Gülnarə Abasova, Editor.az