2024-cü ildə sosial istiqamətdə hansı artımlar GÖZLƏNİLİR?-“Dövlət büdcəsi imkanları baxımından…”- AÇIQLAMAbackend

2024-cü ildə sosial istiqamətdə hansı artımlar GÖZLƏNİLİR?-“Dövlət büdcəsi imkanları baxımından…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2024-cü ilin dövlət büdcəsinin həcmi başa çatmaqda olan bu ildəkindən çox deyil. 2024-cü ilin dövlət büdcəsi həcm baxımından öz sələfi olan bu ilin dövlət büdcəsindən çox az səviyyədə artıq təşkil edir. Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1% təşkil etmir. Və növbəti ildə dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur ki, bu məbləğ cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat çoxdur. Yəni, 6 % çoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçı müqayisə edərək bildirib ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından ötən ildəkindən 1 milyard 31,5 milyon manat çoxdur: ” Bu baxımdan 2023-cu ildə orta aylıq minimum əməkhaqqı 345 manata qaldırıldı, bir sıra maaşlar artırıldı, minimum pensiya 280 manat oldu. Ancaq 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən iki dəfə aşağı olacaq. Çünki neft-qaz sektorundan vergi daxilolmaları azalır. Növbəti ilin dövlət büdcəsində neft sektorundan vergilərin iki dəfəyə qədər azalacağı gözlənildiyindən ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnoz göstəricisindən 7,5% geriləyəcək.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, neft sektorundan vergi daxilolmaları iki milyard manatdan artıq həcmdə, yəni iki dəfəyə qədər azalma baş verdiyindən, bu, bizi narahat etməlidir.“Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilat enir, qazın qiyməti səmərəli deyil. Bu səbəbdən də, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert gələn il cari illə müqayisədə 1 milyard manat artıq olacaq. Belə ki, 2024-cü ildə gəlirlər strukturunda ARDNF-dən transfert 12 milyard 781 milyon manat – 2023-cü il üzrə proqnozdan 8,9% çox təşkil edəcək”.

P. Heydərov Prezident seçkiləri ilə bağlı sosial istiqamətdə atıla biləcək eksklüziv addımların gözlənildiyinə də diqqət çəkib: “Ancaq gələn il dövlət büdcəsi imkanları, yəni iqtisadi baxımından sosial istiqamətdə ciddi artımlar gözlənilmir”.

//Gülnarə Abasova, Editor.az