2024-cü ildə sülh olmayacaqbackend

2024-cü ildə sülh olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti ilə 2024-cü ildə atəşkəsin bağlanacağı gözlənilmir.

Editor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Yüksək rütbəli rusiyalı diplomatın fikrincə, Ukraynadakı hərbi münaqişənin sülh sazişinin imzalanması ilə deyil, Rusiya “xüsusi əməliyyatı”nın bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir.

“Mən atəşkəs gözləmirəm, lakin gözləyirəm ki, “XHƏ”-ın məqsədlərinə mütləq nail olunacaq”, – deyə Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini də ABŞ-ın Ukraynanı Rusiya hakimiyyəti ilə barışıq bağlamağa “məcbur etməyə” çalışması üçün heç bir ilkin şərt görmür. “Xeyr, belə bir şey görünmür, amma indiki mərhələdə bunu təsəvvür belə edə bilmirəm.

Əgər amerikalı həmkarlarımızın bu məsələ ilə bağlı hər hansı fikri varsa, təbii ki, onların hüququ var və onları istənilən formada təqdim etməkdə sərbəstdirlər. Biz onları dinləyəcəyik. Amma onlar bizə yox, Kiyevə üz tutmalıdırlar. Ukraynanın irəli sürdüyü şərtlərlə bağlı bizimlə müzakirə olunacaq heç nə yoxdur”, – o vurğulayıb.

//Samir Qurbanov, Editor.az