Avropa Komissiyasının məlumatına görə, 2024-cü ildə təxminən 1500 rus və belarus jurnalisti Aİ ölkələrinə köçüb.
Editor.az bildirir ki, bu barədə bazar ertəsi Avropa Komissiyasının saytında yerləşdirilən rəsmi bəyanatda deyilir. “Təxmini hesablamalara görə, təkcə 2024-cü ildə Rusiya və Belarusdan 1500-ə yaxın müstəqil jurnalist və redaksiya heyəti Aİ ölkələrinə qaçıb və ya köçüb”, – hesabatda bildirilir.
O, həmçinin bildirir ki, Avropa Komissiyası Aİ ölkələrinə mühacirət etmiş jurnalistləri dəstəkləmək üçün 3 milyon avroluq proqrama başlayıb: “Onun əsas məqsədi plüralist media mühitini təşviq edən ümumavropa platformasının və ya media mərkəzləri şəbəkəsinin yaradılmasına dəstək verməkdir” – AK iddia edir. Layihə jurnalistlərin “redaktor müdaxiləsi olmadan mühit yaratmaq və onu öz auditoriyasında yaymaq” üçün yaradılmışdır.
//Samir Qurbanov, Editor.az