2024-cü ilin mayı Rusiya-Ukrayna münaqişəsində əsas ay olacaq – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavinibackend

2024-cü ilin mayı Rusiya-Ukrayna münaqişəsində əsas ay olacaq – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski hesab edir ki, Rusiya ordusu mayın sonu və ya iyunun əvvəlində aktiv hücuma keçə bilər.

Editor.az xəbər verir ki, o, “The Economist”ə müsahibəsində deyib ki, Ukrayna ordusunun Çasovıq Yarı itirməsi zaman məsələsidir. General həmçinin yaxın aylarda Xarkov və Sumi vilayətlərində döyüşlərin bərpa olunacağını da ehtimal edir: “Əlbəttə, bu gün və sabah deyil, amma Çasovıy Yarın Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçməsi bizim ehtiyatlarımızdan və təchizatlarımızdan asılıdır”.

General etiraf edib ki, ABŞ-ın ayırdığı hərbi yardım Rusiyanın sursat ehtiyatlarının həcmi ilə müqayisə oluna bilməyəcək. Vadim Skibitski aydınlaşdırıb ki, silahların döyüş bölgəsinə çatdırılması da vaxt tələb edir. Onun sözlərinə görə, 2024-cü ilin mayı münaqişədə əsas ay olacaq, çünki Moskva hərbi, informasiya və beynəlxalq aspektləri əhatə edən “üç səviyyəli” plan tətbiq edəcək.

//Samir Qurbanov, Editor.az