2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ABŞ məhv olacaq – Donald Trampbackend

2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ABŞ məhv olacaq – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Bayden 2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ölkəni məhv edəcək.

Editor.az bildirir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp Ayova ştatında keçirilən mitinq zamanı deyib. Tramp bunun III Dünya Müharibəsinə səbəb ola biləcəyindən ehtiyat edir.

“O ölkəyə çoxlu zərər gətirib. Qalan 10 ayda nə edə biləcəyini bilirsiniz. Üçüncü Dünya Müharibəsinə gələ bilər. O hələ deyir ki, biz pisik”, – Donald Tramp deyib. ABŞ-ın keçmiş prezidenti səlahiyyət müddətində Rusiya boru kəmərindən imtina etdiyini qeyd edib və siyasi qərarlarında yumşaq olmadığını vurğulayıb. “Ağıllısansa, Çini də idarə edə bilərsən, Rusiyanı da” – Tramp deyib.

O, həmçinin Ukrayna və Yaxın Şərqdə münaqişələrə yol verməyəcəyini və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlaya biləcəyini təkrarlayıb. ABŞ prezidentliyinə namizəd izah edib ki, Co Baydendən fərqli olaraq o, dünya liderləri ilə necə anlaşacağını bilir. “Putin məni bəyənib. Onunla anlaşıram. Nüvə silahı olan insanlarla ünsiyyət qurmaq yaxşıdır, elə deyilmi?”, – deyə namizəd vurğulayıb.

//Samir Qurbanov, Editor.az