2024-cü ilin sonuna qədər Ukrayna yeni əks-hücuma keçəcək – bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisibackend

2024-cü ilin sonuna qədər Ukrayna yeni əks-hücuma keçəcək – ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin sonuna qədər Ukrayna yeni əks-hücuma keçəcək – bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi

2024-cü ilin sonuna qədər Ukraynanın silahları daha güclü olacaq və Ukrayna Silahlı Qüvvələri döyüş bölgələrində daha əlverişli mövqelər tutacaq.
Editor.az bildirir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib. “Amerikanın Səsi” xəbər verir ki, o, Ukrayna ordusunun 2024-cü ildə hücuma keçəcəyini ehtimal edir. Cənab O`Brayanın sözlərinə görə, cari il üçün döyüş strategiyası “2023-cü ildə edilənlərə” əsaslanır. Ukraynanın əsas məqsədləri “Qara dənizə çıxış və Rusiyanın Krımda imkanlarının sabitliyini pozmaq” olacaq. Dövlət katibinin köməkçisi əlavə edib ki, ABŞ hakimiyyəti ölkə Konqresi Ukraynaya hərbi yardım paketinin ötürülməsini təsdiqləməsə, hərəkətlərin inkişafı üçün alternativ ssenarini nəzərdən keçirir. Lakin o bu haqda ətraflı danışmaqdan imtina edib.