Türkiyə-Ermənistan əlaqələri normallaşır?-AÇIQLAMAbackend

Türkiyə-Ermənistan əlaqələri normallaşır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına gətirməyəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan ilk növbədə konstitusiya dəyişliklərinə getməli, Ankaraya qarşı düşmənçilik və ərazi iddialarını qaldırmalıdır:

“Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma N. Paşinyan dəhliz məsələsini müzakirə etməkdən yayınır. Ermənistan Qarabağa iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Danışıqlarda bir çox məsələlər masaya yatırılacaq və Ermənistan rəhbərliyinin siyasi iradə göstərib təklifləri qəbul etməsində problemlər ortaya çıxması istisna deyil. Ona görə də ortada olan problemlər fonunda Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə, Yerevanın atacağı addımlardan asılı olacaq. Ondan sonra, Ankara və Bakı tandemi qərar verəcək. Ermənistan rəhbərliyi təkcə dəmir yol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir”.

//Gülnarə Abasova, Editor.az