RF Federasiya Şurasının sədri Valentina Matvienko hesab edir ki, 2025-ci ildə Ukrayna tərəfi ilə sülh danışıqlarına başlamaq cəhdi ola bilər.
O qeyd edib ki, danışıqlar prosesi çərçivəsində Rusiya “müəyyən status” və ya “bir günlük tədbirlər” sazişlərini müzakirə etmək niyyətində deyil.
“Hesab edirəm ki, 2025-ci ildə belə danışıqlara və görüşlərə başlamaq üçün real cəhdin olacağı ehtimalı bu cür cəhdlərin edilməyəcəyi ehtimalından qat-qat yüksəkdir. Bu, bir daha deyirəm, mənim şəxsi proqnozumdur. Sonra nə olacağını görəcəyik”, – deyə xanım Matvienko “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib. Eyni zamanda, Federasiya Şurasının sədri hesab edir ki, hazırda Rusiya və Amerika qanunvericiləri arasında tam danışıqların bərpası üçün heç bir şərait yoxdur. Eyni zamanda, o qeyd edib ki, ABŞ-ın yeni administrasiyası tərəfindən 2025-ci il yanvarın 20-dən sonra Rusiyaya qarşı sanksiyaların ləğvi konstruktiv dialoqa doğru mühüm addım ola bilər. “Qoy yeni prezident parlamentarilərə qarşı sanksiyaları qaldırsın. Mən əminəm ki, 20 Yanvardan sonra Tramp komandasının belə bir addım atması onların həqiqətən də ciddi konstruktiv niyyətlərinin olduğunun yaxşı göstəricisi ola bilər”.
//Samir Qurbanov, Editor.az