Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Əhməd Serdar Karaca xərçəng xəstəliyinin artmasına diqqət çəkib. Mütəxəssislərin fikrincə, 2017-ci ildə xərçəngdən ölüm halları ürək-damar xəstəliklərindən ölənlərin sayını üstələyərək birinci yerə yüksəlib. Xərçəng xəstəliyinin artmasına sənaye məhsulları ilə qidalanma və insan ömrünü uzatmaq səbəb olduğu bildirilir. Qadınlarda döş xərçəngi, kişilərdə isə ağciyər xərçəngi ən çox görülən xərçəng növləri arasındadır. Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Ahmet Serdar Karacanın sözlərinə görə, xərçəngdə erkən diaqnoz, skrininq və müalicə üsullarında irəliləyiş olmazsa, qarşıdakı illərdə xəstələrin sayı artacaq.
Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Ahmet Serdar Karaca, bütün dünyada onkoloji xəstəliklərin artdığını ifadə edərək, “2007-2010-cu illərə baxdığımızda Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə ölümlərdə ilk sırada ürək-damar xəstəlikləri var idi. Tendensiya belə irəliləsə, “COVİD-19″dan sonra xərçəng pandemiyasından danışmaq mümkün ola bilər. O, bildirib ki, statistikaya nəzərən 2030-cu ilə qədər xərçəngin təəssüf ki, 4 dəfə artacağını görürük: ” Erkən diaqnoz, tarama və müalicə üsullarının təkmilləşdirilməsinə ehtiyac var. Ona görə də xərçəng önümüzdəki 10 ildə həyatımızda böyük rol oynayacaq”.
Xərçəngdə ən əhəmiyyətli müalicə üsulunun erkən diaqnoz olduğunu ifadə edən Prof. Dr. Karaca, “Erkən diaqnoz qoyulan xərçəng müalicə edilə bilər. Dünyada yoxlanıla bilən 3 xərçəng növü var. Döş, uşaqlıq və kolon xərçəngi. Bu xərçənglər yoxlana bilər. Skrinq yalnız risk qrupunda olanları təsbit edə bilmək deməkdir. Təəssüf ki, qadınlarda ən rast gəlinən döş, kişilərdə isə ağciyər xərçəngidir: “Ağciyər xərçənginin ən əhəmiyyətli səbəbi siqaretdir. Tütündən imtina etdikdə və tütün məmulatlarında ağciyər xərçənginin kəskin şəkildə azaldığını görürük. Qadınlar mütləq mütəmadi olaraq döş xərçəngi müayinəsindən keçməlidirlər”.
//Gülnarə Abasova, Editor.az

