2032-ci il futbol üzrə Avropa çempionatının oyunları Türkiyə və İtaliyada keçiriləcəkbackend

2032-ci il futbol üzrə Avropa çempionatının oyunları Türkiyə və İtaliyada keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA idman təşkilatı 2032-ci ildə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələri seçib.

Editor.az xəbər verir ki, bu barədə Futbol Assosiasiyaları İttifaqının nümayəndələri bu gün İsveçrənin Niom şəhərində qərar qəbul ediblər. Yayda İtaliya Futbol Assosiasiyasının rəhbərliyi çempionatın Türkiyə Respublikası ilə birgə keçirilməsi təklifi ilə çıxış etmişdi.

Futbol Təşkilatları İttifaqı bu təşəbbüsü dəstəkləyib. İki ölkə çempionat matçlarına ev sahibliyi etmək üçün hər biri 5 şəhər seçməli olacaq. Oyunların sayı İtaliya və Türkiyə arasında bərabər bölünəcək. Açılış və final görüşlərinin harada keçiriləcəyi sirr olaraq qalır.

Qeyd olunur ki, hər iki ölkə finala ev sahibliyi etmək üçün müraciət edib. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeksi bildirib ki, final matçına ev sahibliyi etmək istəyən ölkə bir sıra şərtləri yerinə yetirməlidir.

“Final üçün 80 min nəfərdən çox tamaşaçı tutumu olan stadion lazımdır. 2026-cı ilin sonuna kimi buna birinci nail ola bilsə, qalib gələcək. Hər iki tərəf bunu təmin edərsə, bəlkə o zaman heç-heçə olacaq. İstərdik ki, final matçı İstanbulda keçirilsin”, – Böyükeksi deyib. Qeyd eək ki, əvvəllər Türkiyə bir neçə dəfə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət edib. Lakin əvvəlki cəhdlərinin heç biri uğurlu alınmamışdı. Beləliklə, respublika ilk dəfə olaraq belə miqyaslı tədbirin təşkilatçılarından biri kimi çıxış edəcək.

//Samir Qurbanov, Editor.az