Saxlanılan şəxslər arasında stolüstü idman oyunları olan şahmat, dama və nərd yarışları keçirilibbackend

Saxlanılan şəxslər arasında stolüstü idman oyunları olan şahmat, dama və nərd yarışları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28.12.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni ilə həsr olunmuş saxlanılan şəxslər arasında stolüstü idman oyunları olan şahmat, dama və nərd yarışları keçirilib.

Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və 2 saylı İstintaq Təcridxanasının rəis müavini Elçin Vəkilov çıxış edərək, təcridxana sakinlərinin 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə təbrik etmişlər, yarışın iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın sonunda qaliblər və 2 saylı İstintaq Təcridxanasının bir sıra əməkdaşları Baş İdarə tərəfindən Fəxri fərmanlarla və diplomlarla təltif olunublar.