21 ailə üzvünü itirən Əhməd Əlnauk: Həyatımın ən ağrılı telefon zəngi idi…backend

21 ailə üzvünü itirən Əhməd Əlnauk: Həyatımın ən ağrılı telefon zəngi idi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail HƏMAS-ın nəzarətində olan Qəzza zolağına zərbələr endirməkdə davam edir. Hücumlardan biri nəticəsində Qəzzada Fələstinin qeyri-kommersiya layihəsi olan “We Are Not Numbers”ın həmtəsisçisi Əhməd Əlnauk 21 ailə üzvünü itirib.

Editor.az bildirir ki, bu barədə “Sky News” yazıb. Əlnauk bildirib ki, evlərinin atəşə tutulması nəticəsində onun üç bacısı, iki qardaşı və 14 qardaşı və bacısı oğulları həlak olub. “İnsan mənim həqiqətən hiss etdiyimi başa düşmək üçün yalnız mənim yaşadıqlarımı yaşamalıdır. Mən bunu dedim və yenə də deyəcəyəm, hiss etdiklərimi, hətta mənə qarşı ən pis olanlara belə arzulamıram.

Əlnaouk, dəhşətli bir şey ola biləcəyini hiss etdiyi üçün səhər saat 4-də “çaxnaşma içində” oyandığını söyləyib. “Telefonuma baxdım və dostlarımdan birindən xəbər aldım. Onlar mənə dedilər ki, İsrail mənim evimi, ailəmin evini bombalayıb və orada olanların hamısı öldürülüb”. Qəzzada yaşayan qardaşı qızlarından biri sağ qalıb. O, aclıq çəkdiyini deyib. “Həyatımın ən ağrılı zəngi idi. O, mənə qorxduğunu, tənha olduğunu, ac olduğunu, susuz olduğunu söylədi. Qəzzada yaşadığımız vəziyyət fəlakətlidir”, – Əlnauk əlavə edib.

//Samir Qurbanov, Editor.az