Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrin ən çox qol vuran müdafiəçilərinin siyahısını tərtib edib.
Editor.az qol.az-a istinadən xəbər verir ki, ilk pillədə karyerasında 126 qol vuran “Real”ın kapitanı Serxio Ramos qərarlaşıb. Ötən il karyerasını başa vuran yapon futbolçu Markus Tulio Tanaka (104 qol) 2-ci olub. İlk üçlüyü əlcəzairli Abderrahman Xaçud (88 qol) bağlayıb.
IFFHS-ə görə 21-ci əsrin ən çox qol vuran 10 müdafiəçisi:
1. Serxio Ramos (İspaniya) – 126 qol
2. Markus Tulio Tanaka (Yaponiya) – 104
3. Əbderrahman Xaçud (Əlcəzair) – 88
4. Keylor Soto (Kosta Rika) – 86
5. Markus Yurgenson (Estoniya) – 85
6. Dario Srna (Xorvatiya) – 79
7. Cozef Çipolina (Cəbəllütariq) – 78
8. Roland Yuhas (Macarıstan) 74
9. Branislav İvanoviç (Serbiya) – 73
10. Con Terri (İngiltərə) – 73

