Rusiya-Ukrayna müharibəsindən 6 gün keçdi,7-ci günə qədəm qoydu. Dünya bu günü də Ukraynanın yandırılmış və dağıdılmış küçələrinin görüntüləri ilə açdı. Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, sığınacaqlarda sağ qalmağa çalışanlar arasında bir qrup xəstə uşaq varki görənlərin ürəklərini paramparça edir. Xərçəngdən əziyyət çəkən uşaqlara vaxtında lazımı müalicə və müdaxilə edilməsə həyatlarını itirə bilərlər. Ancaq həkimlər qeyd edib ki, onları təhlükəsiz yerə təxliyə etmək bundan da təhlükəlidir.
Həkimlər bu uşaqların müalicələrinə davam edilmədikcə həyatlarının təhlükə altında olduğunu da vurğulayırlar. Hazırda zirzəmidə olan uşaqlar təchizat çatışmazlığı səbəbindən yalnız əsas kimyaterapiya ala bilirlər. Vəziyyəti daha ağır olanların isə sağ qalıb-qalmayacağı sual altındadır.
Kiyevin ən böyük xəstəxanalarından biri olan həkimi televiziya kanalına açıqlamasında deyib ki, bu uşaqlar xərçənglə mübarizə aparmalıdırlar. Ona görə də onlar artıq çox əziyyət çəkirlər və bu mübarizə onların gözləyə biləcəyi bir şey deyil.
Ukraynanın Lvov şəhərində daha çox dərman və təhlükəsiz ərazinin olduğu tibb mərkəzinə uşaqları təxliyə etmək isə çox çətindir. Çünki uşaqların vəziyyətinə görə hərəkət etməsi risklidir. Onların küçəyə çıxdığı zaman hücuma məruz qalıb-qalmayacağı da bəlli deyil.

