Rusiya-Ukrayna müharibəsinin ilk həftəsi geri də qalıb. Şiddətli toqquşmaların 8-ci günündə qarşılıqlı itkilər yaşansa da, Ukrayna hakimiyyəti indiyədək 9 min rus əsgərinin öldürüldüyünü açıqlayıb. Böyük rus ordusu Ukrayna küçələrində irəliləməyə davam edərkən Ukrayna da dünyanı köməyə çağırmaqda davam edir.

Ukrayna ordusuna silah dəstəyi verən Avropa ölkələrinə sığınan ukraynalıların sayı günü-gündən artır. Ukrayna vətəndaşları da silaha sarılaraq Rusiya ordusuna qarşı döyüşürlər.

Editor.az “sabah.com tr” yə istinadla xəbər verir ki, şiddətli toqquşmaların davam etdiyi dönəmdə ABŞ-dan gələn ikiüzlü açıqlama gündəmə damğasını vurdu.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukraynanın Rusiyaya qarşı qələbəsinin Əfqanıstan və Suriyada fəaliyyət göstərən Əl-Qaidə və İŞİD kimi strukturlarla mümkün olacağını iddia edib. ABŞ-ın MSNBC mediasına verdiyi açıqlamada Klinton Sovet İttifaqının 1980-ci ildə Əfqanıstana müdaxiləsini xatırladıb. Çıxışında ABŞ-ın sonradan “Əl-Qaidə” adlandırılacaq təşkilatın yaranmasına böyük dəstək verən ikiüzlü siyasətindən bəhs etməyən Klinton Rusiyanın bu gün hərbi əməliyyatlar apardığı Ukraynaya da eyni dəstəyin verilməsindən bəhs edib.
Heç bir ölkənin Əfqanıstana birbaşa müdaxilə etməməsinə baxmayaraq, bir çox ölkənin silah və məsləhətçi göndərdiyini ifadə edən Klinton “Düşünürəm ki, insanların hazırda axtardığı model budur. Əgər regionda kifayət qədər silahlanma həyata keçirilə bilərsə, bu Rusiyanı qorxuda bilər”-deyib.

Klinton Ukraynada da iki oxşar strukturun yaradılmasının vacibliyi mesajını verərək bildirib ki, prinsipial fikir ayrılıqlarının olmasına baxmayaraq biz həm Ukrayna hökumət qüvvələrini, həm də könüllü döyüşçüləri silahla təmin etməliyik və qonşu ölkələrdən silah daşımaları sərhədlərdən keçə bilməlidir.

Klintonun sözləri illərdir, terror təşkilatlarını maliyyələşdirən ABŞ-ın mövqeyini də ortaya qoydu.
//Gülnarə Abasova, Editor.az

