backend

Rusiya Ukraynada hərbi texnikasını sürətlə itirir – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar artıq Ukraynada hərbi texnikanın 8-10%-ni itiriblər.

Editor.az xəbər verir ki, bu barədə CNN kəşfiyyat məlumatlarına istinadən xəbər verir.

Verilən məlumata görə, tanklar, təyyarələr və digər hərbi texnikaların əksəriyyəti ya məhv edilib ya da sıradan çıxıb.

Qeyd edək ki, ötən həftə Amerika kəşfiyyatı Ukraynada Rusiya avadanlıqlarının 3%-dən 5%-ə qədər itkisi barədə məlumat vermişdi.

Eyni zamanda , martın 7-də səhər saatlarında Pentaqonun Konqresə təqdim etdiyi hesabatda  Rusiya Federasiyasının müharibə başlayandan bəri Ukraynaya 600 raket atdığı, bundan əlavə, rus qoşunlarının sərhədlərdə toplanan gücün 95%-dən istifadə etdiyi bildirilib.

//Gülnarə Abasova, Editor.az