ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “ABŞ-ın Rusiya ilə bağlı qərarı cəsarətli, lakin baha başa gələcək bir addımdır”backend

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “ABŞ-ın Rusiya ilə bağlı qərarı cəsarətli, lakin baha başa gələcək bir addımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ prezidenti Co Bayden Rusiya neftinin və təbii qazının idxalını qadağan edən qərarı açıqlayıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqtonda yerləşən Brookings İnstitutunun eksperti və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç bildirib ki, ABŞ-ın Rusiyadan enerji idxalını qadağan edən fərmanı cəsarətli lakin baha başa gələcək bir addımdır:

“Bu hərəkət, xüsusilə yüksək benzin qiymətləri ilə amerikalılara müəyyən xərclər gətirəcək. Lakin Rusiyadan neft idxalının dayandırılmasının ABŞ-ın neft tələbinə böyük təsir etməsə də amerikalılar daha çox yerli neft və qaz hasilatı gözləyəcəklər. Bundan başqa beynəlxalq enerji şirkətləri də yüksək qiymətlərdən qazanc əldə edəcəklər”.

Qeyd edək ki, Ağ Evin dünənki bəyanatında bildirilib ki, fərman Rusiya prezidenti Vladimir Putini müharibəni davam etdirmək üçün istifadə etdiyi iqtisadi resurslardan daha da məhrum edəcək.

//Gülnarə Abasova, Editor.az