Dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində baş tutan “Real Madrid” -PSG oyunundan sonra PSG-nin oyunçuları arasında paltardəyişmə otağında mübahisə düşüb.
Editor.az-ın “Sporx” a istinadən verdiyi məlumata görə, Neymarla italiyalı qapıçı Cilian Donnarumma arasında mübahisə əlbəyaxaya davaya çevrilib. Ancaq komanda yoldaşlarının müdaxiləsi nəticəsində tərəfləri ayırmaq mümkün olub. Hadisəyə səbəb oyundan sonra Neymarın Donnarummanı buraxılan qollarda ittiham etməsi olub. Donnarumma öz növbəsində məğlubiyyətin səbəbkarı kimi Neymarı göstərib.
Xatırladaq ki, dünən baş tutan matçda 0:1 hesabla üstün olan PSG sonrada qapısında 3 top görərək oyunda 3:1 hesabla məğlub olub. Bu da ümumilikdə komandanın 3:2 məğlub olaraq mübarizəni dayandırmasına səbəb olub.
//Nəzərbəy Hacıağayev, Editor.az

