COVID-19-dan həyatını itirənlərin sayı 18 milyonu keçib-ARAŞDIRMAbackend

COVID-19-dan həyatını itirənlərin sayı 18 milyonu keçib-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədqiqatçılar dünyada COVID-19-dan ölənlərin sayının rəsmi məlumatlardan üç dəfə çox, 18 milyondan çox olduğunu iddia edirlər.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı tədqiqat ABŞ-ın Vaşinqton Universitetində aparılıb.

Tədqiqatda birbaşa virus və infeksiya ilə bağlı ölümlər nəzərə alınıb.  Bildirilib ki, mövcud xəstəliklər koronavirus səbəbiylə daha da pisləşə bilər.  Tədqiqat epidemiyadan əvvəlki illərin orta ölüm göstəriciləri ilə epidemiyadan sonrakı dövrün orta ölümlərinin müqayisəsinə əsaslanıb.

Qeyd edək ki, “The Lancet” jurnalında dərc olunan araşdırmaya görə, ən yüksək ölüm göstəriciləri aşağı gəlirli Latın Amerikası ölkələrində, Avropada və Saharadan cənubda Afrikada qeydə alınıb.

//Gülnarə Abasova, Editor.az