Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan neft almağa davam edən Avropa ölkələrini tənqid edib və onları “başqalarının qanı ilə pul qazanmaqda” ittiham edib.
Editor.az xəbər verir ki, BBC-yə müsahibəsində Zelenski Almaniya və Macarıstanı Rusiyaya bu il 326 milyard dollar qazandırmağa kömək edəcək enerji idxalı ilə bağlı sanksiyaların qarşısını almağa çalışmaqda ittiham edib.
Ukrayna hökuməti son vaxtlar bu məsələdə Berlini açıq şəkildə tənqid edir. Berlin Rusiyaya qarşı bəzi sanksiyalar tətbiq etsə də, lakin eyni zamanda indiyə qədər enerji idxalını məhdudlaşdıran daha sərt sanksiyaları dayandıra bilib.
“Bəzi dostlarımız və müttəfiqlərimiz bilirlər ki, biz hazırda fərqli bir mərhələdəyik. Artıq məsələ iş və pul deyil, həyatda qalmaq məsələsidir”,- Zelenski deyib.
Avropanı Ukraynaya daha çox silah yardımı etməyə çağıran Zelenski, Rusiyanın hücumlarına kifayət qədər tez müqavimət göstərmək üçün lazımi silah- sursat dəstəyi ala bilmədiklərini də söyləyib.
//Gülnarə Abasova, Editor.az

