22 yaşlı qız ombaböyütmə əməliyyatında öldübackend

22 yaşlı qız ombaböyütmə əməliyyatında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 yaşlı Sintiya Veqa Meksikada lisenziyası olmayan Elohim İntegral Estetik tibbi mərkəzində omba böyütmə əməliyyatı zamanı ölüb.

Editor.az xəbər verir ki, əlləri, qarnını liposaksiya edən, eləcə də yan və ombasını böyütmək istəyən pasiyent narkozun dozasından ölüb.

Əməliyyat zamanı onun təzyiqi kəskin qalxıb. Qızı tibb mərkəzindən başqa xəstəxanaya aparsalar da, xilas etmək mümkün olmayıb.

Qızın valideynləri əməliyyatın əleyhinə olsalar da, o xarici görünüşündən narazı olduğu üçün israr edib.

Qızın vəziyyətinin pisləşdiyini görən özəl mərkəzin həkimləri isə qorxudan qaçıblar.

Prokurorluğun araşdırması zamanı olub ki. o mərkəzin plastik əməliyyat keçirçməyə rəsmi icazəsi olmayıb. /medicina.az

Loading...