Yeni “qlobal epidemiya” TƏHLÜKƏSİ: “Sirli hepatit” virusu daha bir ölkədə AŞKARLANDIbackend

Yeni “qlobal epidemiya” TƏHLÜKƏSİ: “Sirli hepatit” virusu daha bir ölkədə AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görülən mənşəyi bilinməyən hepatit virusu Kanadada da aşkarlanıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kanada İctimai Səhiyyə Agentliyinin (PHAC) bəyanatında deyilir.

Açıqlamada ölkə üzrə aşkar edilən hepatitə yoluxma hallarının araşdırıldığı, araşdırmaların sonrakı mərhələlərində ictimaiyyətə məlumat veriləcəyi bildirilib. Bəyanatda aşkarlanan yoluxma halların sayı və hansı ştatlarda görüldüyü barədə ətraflı məlumat verilməyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bu günə qədər ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika və Hollandiyada səbəbi bilinməyən hepatit halları müşahidə olunub.

ÜST aprelin 16-da verdiyi yazılı açıqlamada İngiltərədə 74 uşaqda mənşəyi məlum olmayan hepatit virusu aşkar etdiyini açıqlayıb. 12 ölkəyə yayılan virusa indiyədək 200-ə yaxın uşağın yoluxduğu bildirilir. Virus aşkar edilən uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, 17 uşağın ağır qaraciyər iltihabı səbəbindən qaraciyər transplantasiyası ilə müalicə olunduğu bildirilib.

Qeyd edək ki, xəstəliyin “sirli” və ya “müəyyən edilməmiş” halı yeni “qlobal epidemiya” ehtimalını gündəmə gətirib. Adı çəkilməzdən əvvəl “COVİD-19” “sirli ağciyər xəstəliyi” kimi təsvir edilirdi.

//Gülnarə Abasova, Editor.az