221 nömrəli tam orta məktəb və EDU TİME AZ Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili gününə həsr edilmiş tədbir keçirilib.
Editor.az xəbər verir ki, məktəbdə baş tutan tədbirdə Milli Məclisin deputatları, rəsmilər, QHT və media rəhbərləri iştirak edib.
Məktəbin 2-ci sinif şagirdləri tərəfindən bədii kompozisiya nümayiş etdirilib, şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin motivləri əsasında səhnəcik hazırlayıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Arzu Nağıyev, Vüqar İskəndərov, Elşən Musayev və Naqif Həmzəyev ana dilinin önəmi haqda danışıblar, şagirdlərə və müəllimlərə öz tövsiyələrini veriblər.
Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri İmanov Pənah Əbülfəzoğlu, ADPU-nun professoru Həcər Hüseynova, 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova, 144 nömrəli məktəbin direktoru İlahə Həmidova, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı da çıxış edərək məktəbdə keçirilən tədbirin əhəmiyyəti haqda danışıblar.







