Müharibədə 220 uşaq həyatını itiribbackend

Müharibədə 220 uşaq həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində 626 azyaşlı müharibədən zərər görüb.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunub ki, müharibə başlayandan bəri 220 nəfər uşaq həyatını itirib, 406-sı isə müharibə zamanı yaralanıb. Məlumatda o da qeyd olunub ki, səsləndirilən rəqəmlər son nəticələr deyil və azad olunmuş ərazilərdə hələ də axtarış tədbirləri davam edir.

Baş Prokurorluğun məlumatına görə, Donetskdə 139, Kiyev Vilayətində 115, Xarkovda 95, Çenyovda 68, Xersonda 45, Mixaloyevdə 43, Luqanskda 37, Zaparojestdə 27, Sumidə 17, Jitomirdə 15 və paytaxtda 16 uşaq zərər çəkib. 584 təhsil ocağı zərər görüb, onlardan 118-i tamamilə dağıdılıb.

Qeyd edək ki, dünən Odessanın bombardman edilməsi nəticəsində 15 yaşında bir uşaq həyatını itirib.

//Nəzərbəy, Editor.az