“Rusiyanın daha çox bankını SWIFT-dən çıxarmaq, dezinformasiya oyunçularını siyahıya almaq və neft idxalını ələ almaq məqsədi daşıyan 6-cı sanksiyalar paketi üzərində işləyirik. Bu tədbirlər təsdiq üçün Avropa Şurasına təqdim ediləcək” .
Editor.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu barədə öz sosial media hesabında paylaşım edib.
Qərb mətbuatında çıxan xəbərlərə görə, Aİ Komissiyası 6-cı sanksiya paketində Rusiya bankları, Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankının beynəlxalq pul köçürmələrini təmin edən SWIFT sistemindən çıxarılmasını təklif etməyə hazırlaşır.
//Gülnarə Abasova, Editor.az

