ABŞ dövlət katibi Entoni Blinken “COVİD-19″a yoluxub.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb. Bildirilir ki, dövlət katibi hər iki peyvəndi olunduğu üçün xəstəlik özünü yüngül simptomlarla biruzə verir.
Dövlət departamentindən verilən açıqlamaya görə, Entoni Blinken artıq bir neçə gündür ki, ABŞ Prezidenti Co Baydenlə fiziki təmasda olmayıb.
Sonda o da qeyd olunub ki, Entoni Blinken özünü evə təcrid edib. O, öz fəaliyyətini sağalana qədər evdən davam etdirəcək.
//Nəzərbəy, Editor.az

