Ermənilər Şuşa haqda filmi təqdim edib: ” İkiüzlülük və riyakarlıq DAVAM EDİR”backend

Ermənilər Şuşa haqda filmi təqdim edib: ” İkiüzlülük və riyakarlıq DAVAM EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər Şuşanın  tarixini təhrif edən növbəti film çəkiblər. Məryəm Yeqoryanın “Şuşa. Amin” filmi İrəvandakı Kino Evində təqdim edilib. Filmdəki kadrlar 44 günlük savaşdan öncə lentə alınıb. Ermənilər bu filmdə də Şuşa və ümumilikdə Qarabağ tarixini saxtalaşdırıb, özününküləşdirməyə çalışıblar, erməni “arxitekturası”, guya orta əsrlərə aid erməni “tarixi tikililəri”ndən danışıblar. Erməni yalanını həyasızcasına davam etdirən “filmdə” guya  Şuşanı sovet hakimiyyətinin Azərbaycana verdiyi haqda cəfəngiyyatı da səsləndirilib. Bu filmi də dünyada təbliğ etmək üçün artıq planlar cızılıb.

Politoloq Tural İsmayılov Editor.aza bildirib ki, Ermənistan cəmiyyətində ikiüzlülük və riyakarlıq davam edir:

“Bir tərəfdən Vətən müharibəsindəki biabrçı məğlubiyyətlərindən sonra müharibə istəməyərək revanşistləri növbədənkənar parlament seçkilərində  məyus edib Nikol Paşinyan kimi axmaq bir adama səs verərək onun hakimiyyətdə qalmasına rəvac verirlər, digər tərəfdən müxtəlif platformalarda hələ də özlərinin saxta, heç bir real əsası olmayan ” erməni tarixi” ilə bağlı hansısa işlər görməyə çalışırlar. Bu məsələdə özəlliklə xaricdəki erməni lobbisinin də böyük təsir imkanları var. Azərbaycanla sərhədlərin delimitasiyasına  razılıq verən, gələcəkdə sülh və etimadın mümkünlüyündən, Türkiyə ilə münasibətin normallaşdırmaqdan danışan hazırki Ermənistan hakimiyyətinin cəmiyyət daxilində təbliğat aparmaq imkanları kifayət qədər zəif görünür. Bunun nəticəsidir ki, bir tərəfdən Ermənistan hakimiyyəti bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan bəhs etsə də Ermənistanda demək olar ki, artıq aramsız aksiya və mitinqlər keçirilir,  daxildə bu tip Qarabağa yönəlik təxribatçı addımlar atılır. Məryəm Yeqorya kimi kinoşünaslıq adına heç bir uğuru olmayan, dünyada ciddi bir sima kimi özünə hörmət qazanmayan bir insanın çəkdiyi hansısa filmi maliyyələşdirərək Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti Ermənistan daxilində Qarabağa yönəlik bu tip təxribatçı provokasiyaların qarşısını almasa özünün sülh və etimada sadiqliyi ilə bağlı şübhələr heç bir zaman ortadan qalxmayacaq”.

//Gülnarə Abasova, Editor.az