Türkiyəli tanınmış aparıcı Mehmet Ali Erbil ötən ilin 18 oktyabrında evinin hamamında yıxılaraq ağır zədə almışdı.
xəstəxanaya aparıldıqdan sonra köhnə xəstəliyi olan Kapilyar sızma sindromu yenidən biruzə vermiş Erbilin həkimi Jan Klod Kayuka şoumenin günü-gündən daha da yaxşılaşdığını bildirib:
“Mehmet Ali fiziki müalicəyə yaxşı reaksiya verir. Qolları hazırda çox yaxşıdır. Addım atır və yeriyir. Təbii ki, uzun müddətli yeriyə bilmir, qısa vaxtda yorulur, amma günü-gündən yaxşılaşır. Uzun zamandır xəstəxanadadır və bu mühitdən bezib. Doğrusu, heç kim xəstəxanada bu qədər qalmaq istəməz. Özü də sıxılır, amma vəziyyətinin yaxşılaşmasına görə çox xoşbəxtdir”.
//ölke.az

