Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Sergey Lavrov çox nadir hallarda qərb mediasına açıqlama verir. Editor.az-ın məlumatına görə o bu dəfə BBC-yə açıqlama verib.
Müsahibənin gedişi zamanı müxbir Çerniqovda 10 mülki şəxsin zirzəmidə aclıqdan və susuzluqdan öldüyünü xatırladıb. O həmin şəxslərin neonasistlər olması ilə bağlı Lavrova sual ünvanlayıb. Lavrov isə cavabında qərbin ikili standartlarından bəhs edib.
“Rusiya tərtəmiz deyil. Biz nə olduğumuzu və nə etdiyimizi bilirik. Ancaq qərb və BMT Ukraynanın törətdiyi soyqırımlara göz yumur. BBC isə yalnız Ukrayna tərəfinin verdiyi məlumatları işıqlandırmaqla məşğuldur”,- deyə Sergey Lavrov bildirib.
//Nəzərbəy, Editor.az

