Aliment Fondunun yaradılması ilə bağlı sosial şəbəkələrdə geniş müzakirəyə əsaslanaraq , “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumovanın Editor.az-a verdiyi özəl müsahibəsini təqdim edirik.
– Beynəlxalq təcrübəyə əsaslansaq indiki halda aliment fondu nümunəsi olaraq hansı ölkənin praktikasına əsaslana bilərik və bu fondun praktikliyi üçün hansı qurumun tabeliyində olması doğrudur?
-Avstraliya təcrübəsini missal çəkmək olar.Uşaqların rifahının dəstəklənməsi Avstarliyada Uşaq Dəstəyi Agentliyi (‘CSA’), yəni Əmək və Əhalinin Sosial Müüdafiəsi Nazirliyi tərəfindən təmin edilir. CSA bununla bağlı hüquq və öhdəlikləri haqqında məlumat istəyən valideynlər və qəyyumlar üçün çox yaxşı və faydalı vasitədir. Uşaqla yaşayan valideyn CSA-dan uşağın valideynləri tərəfindən ödənişi məsələsini inzibati qaydada baxılmasını tələb edir.
CSA ödəniləcək vəsaiti hesablayarkən bir sıra amilləri nəzərə alır:
Müxtəlif yaş qruplarında olan uşaqların xərcləri;
Valideynlərin bu xərcləri ödəmək imkanını;
Valideynlərin gəliri;
Hər bir valideynin uşaqla keçirdiyi vaxt;
“Hər bir halda ödənilməli olan alimentin məbləğinin hesablanmasına təsir edən bir sıra amillər var. CSA qiymətləndirmə zamanı uşaq dəstəyi dövrü üçün ən son uyğun gəlir ilindən istifadə edilir.Fondun yaradılması və fəaliyyətini ƏƏSMN, yəni Sosial Xidmətlər Agentliyinə tapşırılması daha məqsədə uyğundur ki, burada ailələrin social işçilər tərəfindən giymətlərnirilməsi, dəstəyə ehtiyacın səviyyəsi və aliment məbləğinin təyini aparıla bilər”.
-Sosial şəbəkələrdə Aliment Fondunun ilkin vəkillik proqramı zamanı bir çox sosial şəbəkə izləyiciləri xüsusən bəylər bunu aqressiv qarşılayaraq Fondun əvəzinə uşaq pulunun bərpasını əsas gətirir. Siz bunu necə qiymətləndirirsiniz, hansı yanaşma indiki halda daha aktual sayılır?
-Bu fikirlərlə hardasa razıyam. Düzdür bu fikri kişilərin deməsində başqa maraqlar durur, çünki statistikaya əsasən atalar (kişilər) alimentin təmin edilməsini ləngidirlrər və ya ümumiyyətlə verməkdən imtina edirlər. Bunun da yenə əsasında aztəminatlılıq, işsizlik, məsuliyyətin dərk edilməməsi, atalıq instiktinin olmaması və s. qeyd etmək olar. Ən çox rast gəlinən amillər mütəmadi qazancın olmaması və nəticədə uşağın yaşaması üçün təminatın olmamasıdır. Unutmaq olmaz ki, Aliment fondunun yaradılması aztəminatlı valideyn üçün dövlət tərəfindən övladının inkişafına təkan olacaqdır və ancaq alimenti ödəyə bilməyən valideynə şamil olacaqdır. Nəzərə alsaq ki, uşaq pulunun olması bütün uşaqalrın rifahına müsbət töhfə verməklə valideyn üçün zəmin yaradacaq və vacib məqam dövlətin prioriteti və büdcənin paylaşdırılması məsələsi diqqəti çəkir. Lakin düşünürəm ki, uşaq pulunun təyini daha əlverişli ola bilər, xüsusilə indiki dönəmdə cavan ailələrin inkişafına müsbət təsir etməklə, hətta bir çox hallarda boşanmaların sayına da təsir göstərəcəkdir. Çünki bir çox hallarda boşanmaların səbəbi məişət problemləri, maddi və sosial dəstəyin olmamasıdır. Təbii ki bundan suiistifadə halları da olacaq, amma məsuliyyətsiz valideyn hər bir vəziyyətdə özünü biruzə verəcəkdir. Yəni zorakılıq və baxımsızlıq, məsuliyyətsizılik həm tam ailədə, həmdə natamam ailələrdə baş verir”.
-Fondun yaradılması yalnız bir valideyninin himayəsində olan uşaqların ümdə maraqlarının təmin olunmasına necə təsir edər?
-Aydındır ki, alimentlərin yığılması üçün mövcud vasitələr hazırda kifayət etmir. Amma bütün bunlardan sonra təkcə cəzaları təkmilləşdirmək deyil, ilk növbədə uşaqları layiqli həyat inkişafına təkan olan hüquqlarının pozulmasından qorumaq, eyni zamanda alimentin ödənişindən yayınanların məsuliyyətini və bilavasitə vəzifələrini yerinə yetirmədiyinə görə stimullaşdıracaq bir sistemin yaradılması vacibdir.
Bunun üçün uşaq böyüdən valideynə aliment ödənişləri olmadıqda, uşağı böyütmək üçün aylıq vəsait almağa imkan verəcək Fond ola bilər. Bundan əlavə, aliment ödəməkdən yayınan şəxslərin reyestrinin yaradılması da vacibdir. Həmin şəxslərin reyestrə daxil edilməsi o demək olacaq ki, borcunu yerinə yetirməyən şəxsə qarşı tədbirlər görülə bilər. Adətən bizdə ödəniş etməyənlərə müxtəlif sanksiyalar, xüsusən də ölkədən çıxışa qadağa, cərimə, həbs tətbiq olunur. Lakin bununla problem həll olunmur, əksinə uşaq yenədə qeyri müəyyən müddətə alimentlə təmin olunmur. Adətən normal gəliri olmayanlar əsasən aliment ödəmir, imkanlı adamlar isə övladları üçün pul verirlər. İstisna bəzən ər-arvadın düşmən kimi ayrıldığı hallar ola bilər. Burada vacib məqam həmin fondun vəsaitlə dolması üçün sığortalar, vergi ödənişləri kimi vətəndaşların boynuna qoyulması ehtimalı var. Bu da bri çox narazılıqlara gətirib çıxara bilər. Bunun üçün dövlət Fondun yaradılması istiqamətində düzgün yanaşma və təhlillər, hesablamalar aparmalı, məsələnin maliyyə tərəfini və mümkün riskləri qiymətləndirməlidir.Həmçinin uşağından ayrı yaşayan valideynin uşağın həyatında iştirakı təkcə alimentin ödənilməsi ilə məhdudlaşmamalıdır. Cəmiyyətdə uşaqlarla ünsiyyət mədəniyyətinin formalaşmasını təmin etmək lazımdır. Hər halda, bir sıra tədbirlər əsasdır:qanunvericiliyin təkmilləşdirilməsi, alimentlərin yığılması üçün mövcud mexanizmin təkmilləşdirilməsi, valideynlərlə məlumat (təbliğat) işinin aparılması. Bundan əlavə, çətin həyat şəraitində yaşayan aliment ödəyə bilməyənlərin məşğulluq problemlərinin həllinə çalışmaq lazımdır. Məsələn, alimentin ödənilməsi və ya aliment borcunun ödənilməsi şərti ilə borcluya iş tapmaqda, işə düzəlmək üçün yenidən hazırlıq, öz biznesini qurmaqda köməklik göstərilə bilər. Məqsəd təkcə alimentlə məşğul olacaq ayrıca struktur yaratmaq deyil, uşaqların digər valideyndən aliment alınmayın ailələrin sayını azaltmaqdır. Buna görə də, məsuliyyəti dərinləşdirmək və tətbiq etmək üçün mövcud alətləri gücləndirmək və dərinləşdirmək lazımdır”.
Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.

