23 yaşında xərçəngdən öldübackend

23 yaşında xərçəngdən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu barədə onun atası iyulun 1-də YouTube video hostinqində yerləşdirilən videoda bildirib.

Kadrda kişi bloqqerin abunəçilərinə vida məktubunu oxuyub. “Hamıya salam! Bu Technobleyddir. Əgər bu videoya baxırsansa, demək ki, mən öldüm. Odur ki, son dəfə oturub danışaq. Bütün bu illər ərzində mənim videolarımı dəstəklədiyiniz üçün təşəkkür edirəm. Daha 100 həyatım olsaydı, mənə elə gəlir ki, hər dəfə Technobleyd olmağı seçərdim, çünki mənim üçün ən xoşbəxt vaxt idi. Ümid edirəm ki, siz mənim videolarımı izləməkdən həzz aldınız”, – mesajda deyilir.

Technobleydin atası əlavə edib ki, bloqqer müraciəti ölümündən 8 saat əvvəl yazıb. O, həmçinin oğlunu “valideynlərin xəyal edə biləcəyi ən heyrətamiz uşaq” adlandırıb.

Technobleyd YouTube-da “Minecraft” oynadığı videolar sayəsində məşhurlaşıb. Onun videoları bir neçə milyon baxış toplayıb. Technobleydin YouTube kanalının 11 milyon abunəçisi var.

Milli.az