238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdibackend

238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.

Editor.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə vəkilin üzvü olduğu “Halkın Hukuk Bürosu” təşkilatının Tvitter hesabında məlumat verilib.

20 mart 2019-cu il tarixində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib.

Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb.

Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək.