Banqladeşin müxtəlif bölgələrində ildırım çaxması nəticəsində ümumilikdə 13 nəfərin öldüyü bildirilir.
Editor.az Kanal 24 televiziyasının məlumatına istinadla xəbər verir ki, Banqladeşdə leysan yağış və sərt hava şəraiti təsirini davam etdirir.
Kişoreqanc və Brahmanbariya rayonlarında ildırım vurması nəticəsində biri uşaq olmaqla 9 nəfər ölüb. Çapaivabqanc, Naoqaon, Şerpur və Habiqanc rayonlarında hər biri bir nəfər ölüb.
Banqladeş Meteorologiya Departamenti (BMD) paytaxt Dəkkə də daxil olmaqla, ölkənin bir çox bölgələrində güclü yağış yağacağını proqnozlaşdırıb.
//Gülnarə Abasova, Editor.az