24 yaşlı azərbaycanlı qız ərəbin 277 minini aldıbackend

24 yaşlı azərbaycanlı qız ərəbin 277 minini aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.

Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.

 

Faktla bağlı araşdırma aparılır.