“New rules” (Yeni qaydalar) mahnısı ilə şöhrət qazanan müğənni Dua Lipa jurnal üçün çılpaq fotosessiya etdirib.
24 yaşlı ulduz “Elle” maqazin jurnalı üçün çılpaq halda kamera qarşısına keçib. Bədəninin intim yerlərini gitara maketi ilə örtən ifaçı cazibədar bədən quruluşu ilə diqqət çəkib.
O, şəxsi həyatı ilə bağlı jurnala açıqlama verərək karantin günlərini sevgilisi Anwar Hadid ilə birlikdə keçirdiyini söyləyib.
Qeyd edək ki, Dua Lipa Azərbaycanda keçirilən “Formula” yarışları ərəfəsində Bakıda səhnəyə çıxıb.
.







//milli.az

