“Azərbaycan Avropaya ikiqat mavi qaz nəql edəcək”- Əsas səbəb… -Deputatbackend

“Azərbaycan Avropaya ikiqat mavi qaz nəql edəcək”- Əsas səbəb… -Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Avropaya nəql etdiyi mavi qazın həcmini artırıb. 2021-ci ildə Azərbaycan Avropaya 8.5 milyard m³ mavi qaz nəql etmişdi. Bu il həmin rəqəm 11.5 milyard m³-ə qədər artacaq. Praktik olaraq 2022-ci ildə  Azərbaycanın Aİ-ə mavi qaz ixracı təxminən 30% yüksək olacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu Azərbaycanın mavi qaz ixracının gəlirindən əldə etdiyi həcimə də təsir göstərəcək:

“Bir neçə gün əvvəl Yunanıstan- Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi də praktiki olaraq  Azərbaycanın mərkəzi-şərqi Avropa ölkələrinə də mavi qaz ixracatına xüsusi təsir göstərəcək. Azərbaycan yalnız cənub-qaz dəhlizi vasitəsilə müəyyənləşdirilmiş ölkələr deyil, artıq interkonnektor vasitəsilə digər ölkələrin də bazarlarına  öz mavi qazını çıxartmaq imkanına malik olacaq. Nəzərə alsaq ki, ilin sonuna qədər Bolqarıstana  440 milyon m³ mavi qaz nəql ediləcək, bu da növbəti il 1.5 milyard m³-ə qədər yüksələcəyini göstərir”.

Deputat qeyd edir ki, yeni interkonnektorun ötürmə qabiliyyəti bütövlükdə 3 milyard m³-dir və onun 5.5 milyard m³ artırılması nəzərdə tutulub:

“Avropanın qənaətlə bağlı həyata keçirdiyi siyasət mavi qaz istehlakında müəyyən azalmalara gətirib çıxara bilər. Amma bütövlükdə nəzərə alsaq ki, Avropa uzun müddət Rusiya mavi qazından asılı idi. Ümumi idxalın 42%-i Rusiyanın payına düşürdü. Bu baxımdan  Rusiya ilə gərginlik və sanksiyalar Avropanın qaz təminatına müəyyən mənada zərər vurur. Eyni zamanda, Avropa daxilində mavi qaza olan təlabatın ödənilməsində bu amil xüsusi çətinlik yaradır. Azərbaycan qaz ixracatını artırır. Növbəti illərdə də ixrac olunan qazın 2 qat artırılması nəzərdə tutulur. Bu da ondan xəbər verir ki, Azərbaycan və Avropa İttifaqı arasındakı mavi qaz üzrə əməkdaşlıq növbəti illərdə daha da dərinləşəcək. Bu da Avropaya daha çox Azərbaycan qazının daxil olmasına imkan verəcək”.

//Safura Bənnayeva, Editor.az