İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb- Millət vəkilindən ŞƏRHbackend

İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İran Araz çayı sahilində Azərbaycanla dövlət sərhədi boyu “Qüdrətli İran” adlı geniş hərbi təlimlərə başlayıb. İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərin bir neçə məqsədi var”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, İran hərbi təlimləri məhz Azərbaycan sərhədi boyu keçirərək Ermənistana açıq şəkildə dəstəyini nümayiş etdirir:

” İran sərhədlərin dəyişdirilməsi üçün Azərbaycana imkan verməyəcəyini dəfələrlə bəyan etdib. Amma rəsmi Tehran hələ də anlamır ki, Azərbaycanın məqsədi sərhədləri dəyişdirmək yox, özünün suveren ərazisinin bütövlüyünü təmin etməkdir. Bu yolda Azərbaycana heç kim mane ola bilməz. Əgər İranın hərbi təlimlər keçirib öz ordusunun peşəkarlığının artırmaq məqsədi olsaydı, torpaqlarımız erməni işğalı altında olduğu 30 ildə belə təlimlər keçirərdi. Necə olur ki, Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra İranın fikrinə Azərbaycanla sərhəddə hərbi təlimləri keçirmək yadına düşür. Digər bir məqsədin isə Ermənistana Avropa İttifaqının müşahidəçi missiyasının gəlişi ilə bağlı olduğunu hesab edirəm. Çünki İran uzun müddətdir ki, nüvə proqramı ilə bağlı ABŞ və Qərbin sanksiyaları altındadır. İndi isə geniş hərbi təlimlərə başlamaqla özünün güclü hərbi potensialının olduğunu nümayiş etdirərək Qərbə mesaj vermək istəyir. Belə mesajlar İranın Qərblə münasibətlərini daha da gərginləşdirəcək. İranın hərəkətləri Qərbin bu ölkədə insanların hüquq və azadlıqlarının təmin edilməsinə dəstəyini artıracaq və bu da ölkə daxilində sabitliyin daha da gərginləşməsinə xidmət edəcəkdir”.

A. Badamov qeyd edib ki, İranın hərbi təlimlərə başlamasının başqa bir səbəbi isə Zəngilanda Beynəlxalq Hava Limanının Açılışına hazırlaşmağımızla bağlıdır:

“Çünki Zəngilan aeroportunun açılışına Türkiyənin Prezidentinin də gəlişi gözlənilir və İran bu yolla Azərbaycana və Türkiyəyə əzələ nümayiş etdirir. İranın bu hərəkətləri qonşuluq münasibətlərin inkişafına mənfi təsir göstərir. Amma hesab edirəm ki, İranın səhv addım atır və bununla yalnız region dövlətlərin onlara münasibətini pisləşdirir. Onu da qeyd edim ki, Azərbaycan da meydanda tək deyil. Yanımızda dünyanın ən güclü orduları sırasının önündə dayanan qardaş Türkiyə var. Əgər ölkəmizin ərazi bütövlüyünə qarşı hər hansı bir xarici təhdid yaranarsa, Azərbaycanla Türkiyə eyni mövqedən çıxış edəcək və bizə uzanılan əlləri dibindən kəsəcəkdir”.

//Gülnarə Abasova, Editor.az