25 ölkə BRİKS-ə qoşulmağı gözləyirbackend

25 ölkə BRİKS-ə qoşulmağı gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25 ölkənin BRİKS-ə qoşulacağı gözlənilir.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Rusiya Federasiyasındakı səfiri Mzuvukile Cef Maketuka TASS-a müsahibəsində bildirib.

Səfir bildirib ki, 22-24 avqust 2023-cü il tarixləri arasında Yohannesburqda baş tutan 15-ci zirvə toplantısında 6 ölkənin BRICS üzvlüyünə namizədliyi irəli sürülüb və ümumilikdə 23 ölkədən təxminən 12 müraciət qiymətləndirilib. Maketuka qeyd edib ki, o, daha 11 ölkənin taleyinin necə olacağını və Kazanda nə baş verəcəyini gözləyir. Onun sözlərinə görə, Kazan Əlcəzair, Belarus və Pakistanın birliyə qoşulacağını elan edə bilər, lakin qalan ölkələri hələ də qəbul etmək mümkün olmayacaq, çünki bu, tədricən baş verməlidir.

Diplomatik nümayəndəliyin rəhbəri əlavə edib ki, genişlənmə məsələsi yaxın gələcəkdə BRİKS-in müzakirə mövzusu olacaq.

//Gülnarə Abasova, Editor.az