Tauriya istiqamətində, bir həftə ərzində təxminən 25 rus əsgəri ələ keçirilib.
Editor.az bildirir ki, bu rəqəmləri “Tavriya” qoşunlarının əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski açıqlayıb. “Tavriya əməliyyat zonasında hərbi toqquşmaların intensivliyinin artması ilə rus əsirlərinin də sayı artır.
Beləliklə, son bir həftə ərzində əsgərlərimiz təxminən 20-də artıq işğalçını əsir götürdülər. Onların yarısı son 24 saatda Zaporojye istiqamətində ələ keçirilib”. Tarnavskinin sözlərinə görə, son 24 saat ərzində düşmənin ümumi itkisi PUA-ları nəzərə almasaq, 449 nəfər və 27 hərbi texnika təşkil edib. Bunlar 5 tank, 18 zirehli döyüş maşını, 2 artilleriya sistemi, 1 avtomobil və 1 ədəd xüsusi texnikadır. 122 müxtəlif tipli dron zərərsizləşdirilib (endirilib), – Tarnavski qeyd edib.
//Samir Qurbanov, Editor.az

