250 minlik saatı geri istədi, Berk isə zibil qutusuna atdığını dedibackend

250 minlik saatı geri istədi, Berk isə zibil qutusuna atdığını dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Merve Şarapçıoğlu keçmiş həyat yoldaşı Berk Oktaya toy hədiyyəsi olaraq taxılan saatı geri istəyib.
Editor.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor dəyəri 250 min lirə olan “Rolex” markalı saatı zibilliyə atdığını deyib.

Buna görə Merve ilə Berkin arasındakı qalmaqal bitmir. İki illik boşanma prosesi 2020-ci ilin fevralında başa çatan cütlük pul üstündə dava edirş. Belə ki, Şarapçıoğlu Berki pul ovçusu adlandırıb.

Oktay isə birlikdə getdikləri tətillərdə xərclənən pulların belə çekini saxladığını bildirib. Aktyor keçmiş arvadının iddialarına sadəcə güldüyünü açıqlayıb.

Bu dəfə Merve saatla gündəmə gəlməyə çalışıb. O, toyda valideynlərinin aktyora taxdığı saatı geri istəyib. Merve bunun üçün məhkəməyə müraciət edib.

Loading...