Tolikin verilişində rəzalət: 6 yaşlı qızın bakirəliyi müzakirə olundu  – Şok videobackend

Tolikin verilişində rəzalət: 6 yaşlı qızın bakirəliyi müzakirə olundu  – Şok video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MTV telekanalında yayımlanan “Ümid ilə gəl” verilişində gərgin anlar yaşanıb. 

Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə ailələr arasında dava düşüb.

Belə ki, studiyada əyləşən nənə boşadığı keçmiş gəlininin 6 yaşlı qızının bakirəliyini yoxlatdırmaq istəyib:

“Mən dünən də dedim ki, uşağın bakirəliyi yoxlanılsın. Qız təmiz çıxsın təki”.

Hüquqşünas Şəfiqə Nağıyeva isə bunun məhkəmə predmeti olduğunu deyib:

“Mən sizə deyirəm, o uşağa əgər heç nə olmayıbsa, qarşı tərəfin sizi məhkəməyə vermək hüququ var. Çünki bu çox böyük ittihamdır”.

Bu istək studiyada qalmaqal yaradıb. Tolik verilişin eksperti hüquqşünas Şəfiqə Nağıyevaya müraciət edərək buna ixtiyarı olub-olmadığını soruşub. Hüquqşünas onun buna ixtiyarı olmadığını, lakin uşağın atasının bunu yoxlatdıra biləcəyini deyib.

Sözügedən kadrları təqdim edirik:

//yenisabah.az