26 müəllim işlə təmin edildibackend

26 müəllim işlə təmin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb.

Editor.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, onlayn təşkil edilən müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib.

Seçim zamanı namizədin ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib.

Müsahibədə uğur qazanmış 26 müəllim ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair müsbət rəy verilib. Müsahibənin nəticələri barədə müvafiq məlumatlar namizədlərə SMS bildiriş vasitəsilə təqdim olunub.

Loading...