Xəbər verdiyimiz kimi, Ağcabədidə qardaş bacısını qətlə yetirib.


Bakupost.az hadisəni törətməkdə şübhəli bilinən
1996-cı il təvəllüdlü Bayram Xudaberdiyev və öldürülən, bacısı 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın fotosunu əldə edib.
Belə ki, olay rayonun Aran kəndində qeydə alınıb.
İlkin ehtimala görə. hadisə qısqanclıq zəminində, aralarında yaranmış mübahisə zamanı baş verib.
Ailə üzvləri iddia edir ki, hadisəyə səbəb qadının həyat yoldaşının ailəsi olub.
Onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat veriblər və onların cinayət məsuliyyətinə cəlb edilməsi tələb edirlər.
Qeyd edək qadın ailəli olub iki azyaşlı övladı var. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bayram Xudaverdiyev könülü olaraq polisə təslim olub, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.



Seçilmiş Zəngimcell

